"Covid-19"un daha bir fəsadı tapıldı: Tam sağalmaq mümkün deyil

Rus alimləri COVID-19 olan xəstələrin beyin fəaliyyətini təhlil etmək üçün neyron şəbəkələrdən istifadə ediblər.

Metbuat.az-ın məlumatına görə, araşdırmalar göstərib ki, infeksiya beynin nitqdən məsul olan sol yarımkürəsinə təsir edir. Nəticədə, xəstəlikdən sonra insanlar sözləri tapmaqda çətinlik çəkməyə və digər nitq pozğunluğu yaşamağa başlayıblar.

Tədqiqat müəllifləri hesab edirlər ki, əldə edilən məlumatlar koronavirus infeksiyasından sonra yeni reabilitasiya üsullarının hazırlanmasında istifadə edilə bilər.

Mütəxəssislərin fikrincə, bu cür pozğunluqların səbəbi beyində iltihab yaranmasından irəli gələ bilər Nəticədə o qan tədarükü və beynin qidalanması pozulur:

“Bunun zamanla keçib-keçməyəcəyini hələlik söyləmək mümkün deyil, çünki uzunmüddətli müşahidələrimiz yoxdur. Çox güman ki, nəticələr xəstəliyin şiddətindən asılı olaraq müəyyən insanlarda qala bilər. Ola bilsin ki, nevrologiyada istifadə olunan damar dərmanları bu vəziyyəti müalicə etmək üçün istifadə olunsun, - deyə tədqiqat qrupunun rəhbəri Mixail Bolkov bildirib.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı