Bakıda bir neçə dönərxananın fəaliyyəti məhdudlaşdırıldı - SİYAHI

Bakıda tələbləri pozan bir neçə dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Metbuat.az-a verilən məlumata görə, qurumun Bakı Regional Bölməsinin müfəttişləri dönər satışı həyata keçirilən qida obyektlərində növbəti plandankənar yoxlamalar keçiriblər.

Bildirilib ki, paytaxtın müxtəlif ərazilərində baş tutan nəzarət tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi həyata keçirilib. Monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsi mənfi çıxan, müxtəlif bakteriya və s. uyğunsuzluq aşkarlanmış növbəti dönərxanalarda Agentliyin müfəttişləri tərəfindən plandankənar yoxlamalar aparılıb.

Yoxlama nəticəsində aşağıda adları açıqlanan iaşə obyektləri ilə bağlı tədbirlər görülüb:

- Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunda fəaliyyət göstərən dönərxana;

- Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 149 ünvanında fəaliyyət göstərən “Baku Dönər”;

- Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən "Lyuks Dönər”;

- Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küç., 7-ci mkr, ev 16G ünvanında fəaliyyət göstərən "Canım Lahmacun";

- Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ştq, X.Vəliyev küç., ev 2 ünvanında fəaliyyət göstərən "Döneritto”.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda, qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən yoxlama-nəzarət tədbirləri davam etdirilir. Müvafiq araşdırmalar və aparılan monitorinqlərin növbəti nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı