Bu iki türk ölkəsi nüvə dövləti olacaq - MAQATE

Yaxın bir neçə il ərzində onlarla ölkənin nüvə mənbələrindən elektrik enerjisi istehsalına başlayacağı gözlənilir.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.

O bildirib ki, Paris İqlim Sazişinin məqsədlərinə çatmaq üçün dünyada nüvə reaktorlarının sayını iki dəfə artırmaq lazımdır:

“Artıq qərar qəbul etmə mərhələsinə qədəm qoyan 10 ölkə (atom elektrik stansiyaları tikmək üçün) və qiymətləndirmə prosesində olan 17 ölkə var”.

Onun sözlərinə görə, bir neçə ildən sonra 13 yeni nüvə ölkəsi olacaq.

Qrossi Qana, Keniya, Mərakeş, Nigeriya, Namibiya, Filippin, Qazaxıstan və Özbəkistanı potensial nüvə ölkələri kimi qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı