Son həftə Azərbaycanda 20 nəfər koronavirusa yoluxub - Ölənlər var

Azərbaycanda son 1 həftə ərzində (27 noyabr-3 dekabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 20 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 15 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 4 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 834 172 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 758 nəfər müalicə olunaraq sağalıb, hazırda 38 aktiv xəstə var. Bu günə qədər 10 376 nəfər vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR