“Vosmoy bazarı”nın yüksək satış qiyməti açıqlandı - MƏBLƏĞ

Son günlər satılması və ya köçürülməsi xəbəri ilə gündəm mövzusuna çevrilən "8-ci km bazarı" barədə müxtəlif versiyalar səsləndirilir. Əsasən deyilir ki, bazar tamamilə söküləcək, ya da yerində yaşayış massivi tikiləcək.

Metbuat.az xəbər verir ki, globalinfo.az ticarət mərkəzinin torpaq sahəsinin qiyməti ilə bağlı araşdırma aparıb.

Saytımıza danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı həmin ərazidə qiymətlərin ucuz olmadığını bildirib:

"Həmin ərazidə torpaq sahələrinin qiyməti fərqli olur. Qara Qarayev prospektinə yaxın hissələrdə torpağın 1 sotunun qiyməti təxmini 120-130 min manat civarındadır. Arxaya doğru getdikcə isə qiymət azalır. Digər hissələrdə olan qiymət 60-70-80 min təşkil edir. Bir sözlə, minimum 60, maksimum 130 min manatdır".

R.Osmanlı bazarın ləğvi məsələsinə də toxunub:

"Orada söhbət bazarın deyil, MMC-nin ləğv olunmasından gedir. Amma istisnalar da ola bilər".

İlkin hesablama aparsaq, belə məlum olur ki, bazarın yerləşdiyi torpaq sahəsinin qiyməti 20-25 milyon manatdan çox edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR