MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqlədi

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib.

Metbuat.az xəbər verir ki, məsələ barədə məlumatı komissiyanın katibi Arifə Muxtarova təqdim edib.

Sonra MSK üzvləri Təqvim planını təsdiqləyib.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı