Qarabağda pay torpaqları ilə bağlı məsələyə aydınlıq gətirildi

“İşğaldan azad olunmuş ərazilərdə əkinə yararlı torpaqların həcmi 160 min hektara yaxındır”.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Nazir bildirib ki, bu statistika kosmosdan aparılan çəkilişlərə əsasən müəyyən edilib.

M.Məmmədov qeyd edib ki, azad edilmiş ərazilərdə torpaq islahatları yekunlaşmaq üzrədir. İslahat qərarları konsepsiyası hazırlandıqdan sonra həmin ərazilərdə pay torpaqlarının verilməsinə başlanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı