Yeni ildə qiymət artımları olacaq? - "Gedişhaqqı artacaq, benzin isə..."

"Təəssüf ki, Azərbaycanda hər yeni ildən öncə belə gözləntilər formalaşır ki, Tarif Şurası növbəti ildə qiymət artımına gedə bilər. Alıcılıq qabiliyyətinin aşağı düşdüyü və real gəlirlərin çox zəif artdığı bir dövrdə belə bir addım atılması doğru olmaz".

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, indiki halda nəqliyyatda qiymət artımının olması ehtimalı kifayət qədər yüksəkdir:

"Həm metro, həm də yerüstü nəqliyyatda qiymət artımı ola bilər. Bunun üçün il ərzində ictimai rəyin hazırlanmasının da şahidi olduq. Həmin qurumların rəhbərləri dəfələrlə gedişhaqqının maya dəyərindən aşağı olması ilə bağlı açıqlamalar verdilər. Bütün bunları nəzərə alaraq ən real görünən artım nəqliyyatdadır".

Natiq Cəfərli benzin qiymətlərindəki gözlənilən dəyişikliklə bağlı bildirdi ki, benzin qiymətlərinin artması yox, azalması gözlənilməlidir:

"Çünki dünyada neft qiymətləri kifayət qədər aşağı düşüb. Ən azından "Premium" markalı benzinin qiymətində ucuzlaşma olmalıdır".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı