İsrail ordusu dayanmayacaq - Netanyahu

İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada geri addım atmayacaqlarını bildirib.

Metbuat.az xəbər verir ki, Binyamin Netanyahu mətbuat konfransında İsrailin qələbəyə qədər dayanmayacağını və beynəlxalq təzyiqlərə baxmayaraq davam etməli olduqlarını bildirib.

"Beynəlxalq təzyiqlərə və övladlarımızın ölməsinə baxmayaraq, biz qələbəyə qədər davam etməli olduğumuz mövcudluq müharibəsindəyik. Hər birinin həyatını qorumaq üçün hər şeyi edirik və edəcəyik. Əsgərlərimizin zərər görməməsi üçün bütün vasitələrdən istifadə edəcəyik. Bütün girovlarımızın sağ-salamat evlərinə qayıtmasını təmin etmək üçün hərbi və diplomatik səylərimizdən əl çəkməyəcəyik. Yalnız davamlı hərbi təzyiq bütün girovlarımızın azad edilməsini təmin edəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı