ABŞ və Çin arasında mühüm görüş

ABŞ-ın Baş Qərargah rəisi Çarlz Quinton Braun çinli həmkarı Liu Cinli ilə videokonfrans vasitəsilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi açıqlama verib. Görüş Nensi Pelosinin Tayvana səfərindən sonra hərbi dialoqun dayandırılmasından sonra iki ölkənin hərbçiləri arasında ilk yüksək səviyyəli təmas olub. Görüş zamanı tərəflər iki ölkə arasında rəqabətin məsuliyyətlə idarə olunmasının, yanlış hesablamalara yol verilməməsinin və açıq, birbaşa ünsiyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Nensi Pelosinin Çinlə suverenlik mübahisəsi olan Tayvana səfərindan sonra adanı öz ərazisi hesab edən Pekin ABŞ-la müdafiə siyasəti koordinasiya görüşləri, hərbi dəniz məsləhətləşmə razılaşması görüşləri və cəbhə komandirləri görüşlərinin ləğv edildiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR