Ötən il 58 nəfərə professor elmi adı verilib

Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 58 nəfərə professor elmi adı verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyasından məlumat verilib.

Bildirilib ki, onlardan 10 nəfərə texnika elmləri üzrə, 7 nəfərə tibb elmləri üzrə professor adı verilib. Riyaziyyat, biologiya, tarix, sənətşünaslıq, filologiya elmlərinin hər biri üzrə 4 nəfər professor elmi adı alıb. Həmçinin kimya, iqtisad elmləri, hüquq elmlərinin hər biri üzrə 3 nəfər, fəlsəfə, psixologiya, pedaqogika, fizika elmlərinin hər biri üzrə 2 nəfər, aqrar elmlər, coğrafiya, memarlıq, milli təhlükəsizlik və hərbi elmlərin hər biri üzrə isə 1 nəfər professor elmi adına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı