Ötən il pensiyalar bu qədər artıb

"2023-cü ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksiya metoduna keçilib. Bu da hər il indeksləşdirmə əsasında pensiya artımının ilk dəfə olaraq bütün növ pensiyalara aid edilməsinə imkan yaradıb".

Metbuat.az-ın məlumatına görə, bunu 2023-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında DSMF sədri Himalay Məmişov deyib.

O qeyd edib ki, pensiya ödənişləri ötən il 781 milyon və ya 16 faiz artaraq 5 milyard 726 milyon manat təşkil edib.

"Ötən il pensiyaların orta aylıq məbləği 17 faiz artıb və 436 manata çatıb. Yaşa görə pensiyaların orta aylıq məbləği isə 17 faiz artımla 467 manata çatıb", - deyə Himalay Məmişov əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı