2019-cu ildən indiyə kimi övladlığa verilmiş uşaqların sayı açıqlandı

Övladlığa götürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu il tarixindən indiyədək 504 uşaq övladlığa verilib.

Sosial Xidmətlər Agentliyindən Metbuat.az-a verilən məlumata görə, onlardan 253-ü oğlan, 251-i isə qızdır.

Məlumatda qeyd edilib ki, 18 yaşınadək əlilliyi olan şəxslərin övladlığa götürülməsinin təşviq edilməsi məqsədi ilə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı