Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 2 911,8 min və ya 29,2% çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 16,7% azalaraq 338,8 min ton olub.