Prokuror həbsdə olan prodüserə ağır cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsin hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və tanışı Rasim Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Metbuat.az-ın məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror Təranə Səmədovanın 7 il 6 ay, Rasim Həsənovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkili müdafiə çıxışı edib.

Təranə Səmədova və Rasim Həsənov son söz demək üçün məhkəmədən vaxt istəyiblər.

Qeyd edək ki, aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə tanışlarından birinin fotoşəkillərini əldə edib həmin fotoşəkilləri onun ailə üzvlərinə göstərməklə yayacağını bildirib, həmin şəxsdən 3 min manat tələb edib.

Ötən ilin noyabrında onlar zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları alıblar.

Bundan başqa, T.Səmədovla R.Həsənov həmin şəxsi rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.

Qeyd edək ki, T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı