Karonavirusun yeni ştammı yayılıb? - TƏBİB-dən AÇIQLAMA

Son günlərdə əhali arasında kəskin respirator virusların canlanması həyəcan yaradıb. Əsasən üst tənəffüs yollarının tutulması, qızdırma, qulaq və boğaz ağrısı ilə müşayiət edilən bu virusu əhali arasında koronavirusun yeni bir növü zənn etməyə başlayıblar.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, koronavirusun yeni ştammının yayılması ilə bağlı narahatlığa heç bir əsas yoxdur:

“Havaların soyuması ilə əlaqədar olaraq insanlar arasında boğaz qıcıqlanması, boğaz ağrısı, yüksək olmayan temperatur, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yolu infeksiyalarından şikayətlər artıb. Hətta bəzi xəstələrdə iybilmə, dadbilmə duyğusunun itirilməsi də müşahidə olunur. Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşviş keçirirlər, lakin buna heç bir əsas yoxdur. Tənəffüs yolu infeksiyalarının (qrip, kəskin respirator xəstəliklər və s.) bəzilərində iybilmə və dadbilmə duyğusunun itirilməsi şikayətləri müşahidə edilə bilər. Mövsümlə əlaqədar sadaladığımız şikayətlərlə həkimə müraciət sayında artım olması hər zamankı kimi gözləniləndir”.

Qeyd olunub ki, payız-qış fəsli daxil olandan, TƏBİB respirator infeksiyaların artacağı ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edib, respirator gigiyena qaydalarına əməl etmələri tövsiyə olunub, qrip vaksinlərinin tədbiqi həyata keçirilib və keçirilməkdə davam edir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı