Dünya yeni pandemiya təhlükəsi ilə üz-üzədir - Ekspert

Alimlərin fikrincə, qədim Sibir viruslarının qlobal istiləşmə səbəbindən naməlum xəstəliklərin yayılması riski var. Bu, zombi virusları adlandırılan “Mafusail” mikroblarının ştammları tədqiqatçılar tərəfindən artıq müəyyən edilib.

Alimlər xəbərdarlıq edirlər ki, növbəti pandemiyanın səbəbi yeni viruslar deyil, uzaq keçmişdən gələn viruslar ola bilər.

Həqiqətənmi dünyanı yeni pandemiya gözləyir?

Mövzu ilə bağlı Metbuat.az-a danışan professor Adil Qeybulla bildirib ki, qlobal istiləşmə, iqlim dəyişikliyi, bu anlayışlar yer kürəsində hərarət, tempratur tənzimlənməsinin pozulması kimi izah olunsa, daha əhatəli olardı.

"Hal-hazırda baş verən iqlim dəyişikliyindən sonra, çox ciddi proseslər baş verir. Mən Covid-19 pandemiyasının başlanmasını məhz bununla əlaqələndirirəm. Əvvəla, sürətlə baş verən mutasiya, insanların yeni iqlimə adaptasiya imkanı yaratması və bunun özünün bir proses olaraq immun sisteminə neqativ təsir etməsi, digər tərəfdən, ayrı-ayrı virusların mutasiyasının sürətlənməsi, bütün bunlar yeni-yeni pandemiyaların yaranma ehtimalını yaradır".

A.Qeybulla bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı insan sağlamlığını təhdid edən 10 amildən biri kimi, bizi qarşıda gözləyən qrip pandemiyası haqqında xeyli əvvəl məlumat verib:

"Bu pandemiya nə vaxtsa bizi gözləyir. Bundan başqa, buzlaqların əriməsi, yer kürəsinin ayrı-ayrı ərazilərində tempuratur tənzimləməsinin pozulması, bəzi vaxtilə donub qalmış virusların fəallaşmasına da gətirib çıxara bilər. Hesab edirəm ki, qlobal iqlim dəyişikliyi daha çox hal-hazırda insan fəaliyyətinə aid edilir. Yəni, bu istixana qazlarının metan və karbon qazının atmosfer havasında həddən artıq akkumilasiyasından baş verir. Bununla bağlı, artıq həyacan təbili çalınmalı, konkret olaraq tədbirlər görülməlidir. Əgər bu olmasa, dünya çox cidddi pandemiya təhlükəsilə üz-üzə qala bilər".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı