Azərbaycanın bu ərazilərinə qar yağır

Yanvarın 22-də axşam saatlarından başlayaraq Quba, Qusar, Xaçmaz, Xızı və digər Şimal rayonlarının ərazisinə qar yağır.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ən çox qar Qubanın Qırız kəndinə yağıb. Burada qarın hündürlüyü 10 santimetrə çatır. Region üzrə ən aşağı temperatur da (-13) bu məntəqədə qeydə alınıb.

Xızı rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 6, Qubanın rayon mərkəzində 4, Xaçmazda isə 1 santimetrdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı