FİFA-nın artıq sabiq prezidenti Yozef Blatterlə bağlı yeni iddia səslənir.

İspaniya və Fransa mediasında yer alan xəbərlərə görə, FİFA prezidenti Y.Blatter İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldunun o zamanlar nişanlısı olmuş tatar supermodel İrina Şeyklə "məhrəm" münasibətlər qurmaq istəyib.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, 77 yaşlı Blatter 2014-cü ildə keçirilmiş "Qızıl Top" mükafatının təqdimat mərasimində 28 yaşlı İrina Şeyki görəndə ona vurulubmuş.

Lakin bundan Blatterin məşuqəsi, əslən erməni olan Linda Barras xəbər tutub. Erməni Barras qısqanclıq zəminində Blatterlə dava da salıb və FİFA prezidentinin İrina Şeykə SMS-lər yolladığını Kriştianu Ronalduya xəbər verib.

Linda Barras FİFA prezidentindən 28 yaş kiçikdir.

İrina Şeykə qədər Yozef Blatterin məşuqələri arasında polyak tennisçi İlona Boquşka və məşqçi Qrasiella Byankanın da olduğu deyilir. Blatter sonradan Byanka ilə evlənmiş, lakin az sonra xanımı boşamışdı.

Milli.Az

Qalmaqal: Kriştianu Ronaldu, erməni məşuqə və İrina Şeyk - FOTO
Qalmaqal: Kriştianu Ronaldu, erməni məşuqə və İrina Şeyk - FOTO