Əfqanıstanda qəzaya düşən təyyarədən 1,2 mln. dollar oğurlanıb

Yanvarın 20-də Əfqanıstanın Bədəxşan əyalətində qəzaya uğrayan “Falcon 10” təyyarəsindən naməlum şəxslər təxminən 1,2 milyon dollar oğurlayıb.

Metbuat.az Apa.az-a istinadən xəbər verir ki, bu barədə “Həşt-e Subh” qəzeti bölgədəki mənbələrə istinadən məlumat yayıb.

Qəzetin mənbələri iddia edir ki, təyyarənin qəzaya uğradığı yerə ilk çatanlar Taliban silahlı qüvvələrinin Baş Qərargah rəisi Qari Fəsihəddin Fitrətlə əlaqəli şəxslər olub.

Xatırladaq ki, Tailanddan Rusiyaya uçan təyyarə sanitar missiya yerinə yetirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı