Ötən il ümumi daxili məhsul istehsalı 2,8 faiz artıb

Ötən il ümumi daxili məhsul istehsalı 2,8 faiz artıb
17:38 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul istehsalı 2014-cü il ərzində ötən illə müqayisədə 2,8 faiz artaraq 59 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, əlavə dəyərin 41,5 faizi sənaye sahələrində, 12,5 faizi tikinti kompleksində, 5,3 faizi kənd təsərrüfatında, 4,5 faizi nəqliyyatda, 9,9 faizi ticarət və pullu ticarət sahələrində, 1,8 faizi rabitədə, 17 faizi digər sahələrdə istehsal olunub.
Əhalinin hər nəfərinə 6264,1 manatlıq əlavə dəyər istehsal edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_umumi_daxili_mehsul_istehsali_28_faiz_artib-825830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR