Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçilərinin əməkhaqları artırıldı - CƏDVƏL

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.

Metbuat.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin aylıq əməyin ödənişi fondunun məbləği 10080 manatdan 31 466 manata qaldırılıb.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiqlənib:

Sıra

№-si

Vəzifələrin adı

Əməkhaqlarının məbləği

aylıq vəzifə maaşı

(manatla)

mükafat (manatla)

1.

Direktor

2100

İl ərzində 2 (iki) aylıq vəzifə maaşı həcmində

2.

Direktor müavini

1850

3.

Şöbə müdiri

1500

4.

Baş mütəxəssis, baş mühasib

1300

5.

Aparıcı mütəxəssis

1150

6.

Mütəxəssis

1000


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı