Prezident seçkilərində "exit-poll” keçirəcək təşkilatların sayı açıqlandı

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Metbuat.az bildirir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib. Məlumata görə, növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar 3 təşkilatın müraciətinə baxılıb.

Qeyd edilib ki, növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi MMC sənədlərini MSK-ya təqdim edib. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll"-u ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirmək niyyətindədir.Hüquqlarını Müdafiə Liqası "exit-poll"-u ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirmək niyyətindədir.

Məsələ səsverməyə çıxarılıb və həmin təşkilatların akkreditasiyaya alınması barədə qərar qəbul edilib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirməyi planlaşdırır.

Xatırladaq ki, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 10 gün qalanadək "exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 28-dək olan dövrü əhatə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı