Azərbaycan Rusiya Federasiyasına 612 min ədəd ərzaq yumurtasının növbəti partiyasını tədarük edib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
“Yanvarın 27-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyası Rusiyaya sonrakı satış üçün idxal edilib”, – məlumatda qeyd olunub.
Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunə götürülüb.
“Yanvarın 27-nə Azərbaycandan Rusiyaya 5,2 milyon ədəd yeməli yumurta idxal edilib”, – qurum açıqlayıb.
Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiya Federasiyasına ərzaq yumurtası ixracına başlayıb.