Vüqar Səfərli məhkəmədən bunları tələb edir - SİYAHI

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərli əmlaklarının müsadirə edilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətinə baxılacağı vaxt məlum olub.

Metbuat.az-ın məlumatına görə, iş üzrə məhkəmə prosesi fevralın 15-inə təyin olunub.

Xatırladaq ki, V.Səfərlinin müsadirə olunan əmlaklarının ailə üzvlərinə qaytarılması ilə bağlı şikayətini Ali Məhkəmə əsaslı hesab edərək Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, işə yenidən baxılması üçün geri qaytarmışdı.

Qeyd edək ki, məhkəmə Vüqar Səfərlinin Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi, "Rabitəbank" ASC-də hesabında olan 300 min manat, həmin bankda oğlunun hesabına olan 500 min manat, “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri müsadirə edilib.

Vüqar Səfərli 2009-2020-ci illərdə KİVDF-nin rəhbəri olub. O, 2021-ci ilin yanvarında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə mühakimə edilən eks-Fond rəhbəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı