Aygün Bəylərin həbsdə olan qardaşı Prezidentə müraciət etdi - FOTO

Dünyasını dəyişmiş Əməkdar artist Aygün Bəylərin həbsdə olan qardaşı Abbas Hümmətov və bacıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıblar.

Metbuat.az Unikal.az-a istinadən xəbər verir ki, müraciətdə Əməkdar artistin qardaşı törətdiyi əməldən peşman olduğunu, artıq cəzasının yarıdan çox çəkdiyini və zərəçəkmişlə barışıq əldə etməsini əsas gətirərək Prezidentin humanistlik göstərərək onu əfv etməsini xahiş edir.

Müraciətə Aygün Bəylərin 4 bacısı və 13 yaşlı qızı Canan Hümmətova da qoşulub.

Qeyd edək ki, Abbas Hümmətov Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovla birlikdə 2013-cü ilin iyunun 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovu qətlə yetirərək Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən cinayətin üstü açılıb. Məhkəmənin hökmü ilə Abbas Hümmətov 14 il müddətə həbs edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR