Həbs edilən tanınmış idmançılardan yeni xəbər

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilərək həbs edilən, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədovun barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.

Metbuat.az-ın məlumatına görə, prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.

Xatırladaq ki, adıçəkilən idmançılar barəsində Xətai rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb. "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplantıda mübahisə yaranıb, adıçəkilən şəxslər idmançı Həsən Əzizovu döyüb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov həbs edilib.

Hadisənin digər iştirakçıları olan tanınmış idmançılar - Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR