Bu seçkilər dünyaya mesaj baxımından dəyərlidir - Güngör Yavuzaslan

"İlham Əliyevin qərarı ilə növbədənkənar seçkilərin keçirilməsi və Laçında da seçki qutularının qoyulması, artıq Azərbaycanda demokratiya zəfərinin də yaşandığını göstərir".

Bunu Metbuat.az-a açıqlamasında türkiyəli jurnalist, siyasi şərhçi Güngör Yavuzaslan deyib. O bildirib ki, 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərindən sonra, konstitusiyanın tam bərpa olunduğu Qarabağda bir zəfər bayramı yaşanır:

"Növbədənkənar prezident seçkilərini izləmək üçün Azərbaycanın Laçın bölgəsindəyik. Burada söhbət qalib ordu, qalib millət və qalib liderdən, demokratiyanın qalibiyyətindən gedir. Bunun ən ciddi göstəricisi də Qarabağda seçki qutularının qoyulması, qarabağlıların gəlib öz torpaqlarında səs vermələridir. Dünyanın və Avropa Birliyinin bu seçkiləri izlədiyini nəzərə alsaq, verilən mesaj çox dəyərlidir. Azərbaycan müstəqillik qazanandan sonra demokratiya yolunda sürətlə inkişaf edən ölkədir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı