Ağsuda məktəbli qız faciəvi şəkildə öldü

Ağsu rayonunda 12 yaşlı qız dəm qazından zəhərlənib ölüb.

Metbuat.az-ın məlumatına görə, hadisə Ağsu şəhəri, S. Rzayev küçəsi, ev 35 a ünvanında baş verib. Həmin mənzildə yaşayan 2012-ci il təvəllüdlü Sadıqova Fidan Valeh qızı hamam otağında çimərkən dəm qazından boğulub ölüb.

Faktla bağlı araşdırma aparılır.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı