​AŞPA-nın Azərbaycana qarşı addımını şiddətlə qınayırıq - Şamil Ayrım

"Avropa Şurası Parlament Assambleyasının Azərbaycan millət vəkillərinə qarşı addımını şiddətlə qınayırıq".

Metbuat.az-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri Şamil Ayrım bu gün Bakıda keçirilən mətbuat konfransında deyib:

“Avropa İttifaqının bir çox təşkilatı Azərbaycan və Türkiyəyə qarşı ikili standartlar nümayiş etdirilər. Ən son AŞPA-nın Azərbaycan millət vəkillərinə qarşı atdığı addımı Azərbaycan-Türkiyə dostluq qrupu olaraq şiddətlə qınayırıq. Azərbaycan bundan sonra da inkişaf edəcək, yeni nailiyyıtlər qazanacaq. Bu regionda uzun zaman ancaq qan tökülüb, göz yaşı tökülüb. Artıq bundan sonra hörmətli Prezident İlham Əliyev xalqından aldığı dəstəklə ölkəsini növbəti uğurlara aparacaq”.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı