Mirzoyandan Bakını hədəf alan çıxış - "Əgər bu məsələ gündəmə gətirilsə..."

Ötən gün Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə Ermənistan Respublikasının Xarici İşlər Naziri Ararat Mirzoyan Azərbaycanı hədəf alan çıxış edib.

Bu barədə Metbuat.az-a danışan deputat Fazil Mustafa bildirib ki, əslində Roma Statusuna qoşulmaq Ermənistan üçün yaxşı heç nə vəd etmir:

“Çünki Xocalıda soyqırım törətmiş bir millətin bunu gizlətmək üçün belə bir addım atması onun üçün problemlər yaradacaq. Əgər bu məsələ gündəmə gətiriləcəksə, beynəlxalq arenada Ermənistanın cinayətlərinə göz yumulduğunu bir daha dünya ictimaiyyətinə çatdıracağıq.

Digər tərəfdən bu həm də Rusiya ilə Ermənistan münasibətlərinin pozulmasına gətirib çıxaracaq. Çox ciddi təsir edəcək. Çünki bu statusa görə, Rusiyanın sanksiya altında olan vətəndaşının və yaxud hansısa bir cinayət törətməkdə şübhəli olan şəxsin təhvil verilməsi məsələsi nəzərdə tutulur və bu, Ermənistanla digər dövlətlərin, xüsusilə post sovet dövlətlərinin münasibətinə təsir edəcək. Yəni bu, Ermənistan üçün müsbət yox, mənfi irəliləyişdir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı