Paytaxtda “Ekspress" marşrutların sayı artırılacaq

Vətəndaşlar mənzil başına daha tez çatmağı hədəfləyirlər və bəzən də bunun üçün qanunsuz sərnişindaşıma vasitələrdən də istifadə edirlər. Sərnişinlər üçün müəyyən seçimlər olmalıdır. Yəni, müntəzəm daşımalarla yanaşı ekspress marşrutların təşkili çox önəmlidir. Bu səbəbdən də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ekspress marşrutların sayının artırılması və əhatə dairəsinin genişləndirilməsini hədəfləyib.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.

“Hazırda marşrut şəbəkəsində birbaşa daşımadır. Amma əslində prinsip başqa cür olmalıdır. Bunun üçün ətraf ərazilərdə nəqliyyatın mübadilə mərkəzləri olmalıdır. Marşrutlar bu nəqliyyat mübadilə mərkəzləri ilə əlaqələnməlidir”, - deyə o əlavə edib.

AYNA rəsmisi bildirib ki, ətraf qəsəbələrdə qəsəbədaxili xətlərin təşkili nəzərdə tutulub: “Biz buna bəsləyici xətlər də deyə bilərik. Bu xətlər vasitəsilə sərninişlər müəyyən cəlbetmə məntəqələrinə gedə, oradan isə əsas xətlərlə şəhər istiqamətinə hərəkət edə biləcəklər. Marşrut şəbəkəsinin daha əlçatan olması optimallaşma işinin əsas tərkib hissəsidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı