Bakıda mənzildə ər-arvadın meyiti tapıldı

Bakıda mənzildən iki nəfərin meyiti aşkarlanıb. Hadisə Alatava qəsəbəsində qeydə alınıb.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "112" qaynar telefon xəttinə Alatava qəsəbəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə vətəndaşın qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar olaraq FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb edilib. Xilasedicilərin keçirdikləri tədbirlər nəticəsində mənzildə aşkar olunmuş iki nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR