Bakıda yolu zibilləyən şəxs inzibati məsuliyətə cəlb edildi - VİDEO

Bakıda yolu zibilləyən şəxs inzibati məsuliyətə cəlb edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Belə ki, müxtəlif media subyektlərində yayılmış görüntülərə əsasən paytaxtın Binəqədi rayonu ərazisində “İJ” markalı 90-GX-182 qeydiyyat nişanlı avtomobildən yola zibil atılması faktı ilə bağlı araşdırma aparılaraq, vətəndaş A.Həsənzadə aşkar edilərək, törədilən qayda pozuntusuna müvafiq olaraq inzibati protokol tərtib edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı