Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən “Karate 1 Gəncləri Liqası” turnirində uğurla çıxış ediblər.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasından bildirilib. Məlumata görə, milli komanda yarışda 3 medal qazanıb.
Qızlar arasında Gülay Orucova (59 kiloqram), yeniyetmələrdən Nəsimi Musayev (70 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gənclərin mübarizəsində isə Fərid Hacızadə (55 kiloqram) üçüncü yerin sahibi olub.