Benzinin qiymətində hansı dəyişiklik olacaq? - AÇIQLAMA

"Azərbaycanda benzinin qiymətinin artması dünya bazarından aslı deyil. Aİ-92 və dizel markalı benzinin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir, onların qərarından asılıdır".

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, neftin qiyməti baha da olsa, ucuz da olsa, Nazirlər Kabinetinin verdiyi qərarla benzinin qiyməti tənzimlənir:

"Ona görə də, neftin qiymətində hansısa dəyişikliyin baş verməsinin dünya bazarında baş verən proseslərlə birbaşa əlaqəsi yoxdur. Bizə təsir edən Aİ-95 və Aİ-98 markalı benzinin qiymətləridir. Onların dünya bazarında qiyməti artdıqca, Azərbaycanda da qiymət artır. Çünki bu dövlət tərəfindən tənzimlənmir. SOCAR tərəfindən gətirilir və ölkədə satılır. Amma hal-hazırda Aİ-95-və Aİ-97 markalı benzinin də artmasına səbəb yoxdur".

Seyranə Quliyeva / Mətbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı