Seçkilərdə xaricdə səs verən vətəndaşların sayı iki dəfə çox olub

Bu il prezident seçkilərində xaricdə səs verən vətəndaşlarımızın sayı əvvəlki seçkilərlə müqayisədə iki dəfə çox olub.

Metbuat.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov vurğulayıb ki, MSK və Xarici İşlər Nazirliyi seçkilər zamanı səmərəli əməkdaşlıq etdi.

O bildirib ki, bu, bizim üçün tarixi seçki idi. “Çünki birinci dəfə beynəlxalq səviyyədə ölkənin tanınan bütün ərazilərində keçirilirdi.

Qarşıdan gələn bələdiyyə seçkilərində Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzulidə azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək. Həmin vaxta qədər də o yerlərə insanlar köçürüləcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”, - deyə o əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı