“Tokayevin Azərbaycana səfəri yeni əməkdaşlıq imkanları yaradacaq” - Deputat

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri hər iki dövlət üçün olduqca böyük əhəmiyyət ifadə edir.

Bu barədə Metbuat.az-a açıqlama verən millət vəkili Cavid Osmanov bildirib ki, son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Millət vəkili qeyd edib ki, bu səfərlər ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb:

"Türkiyə-Azərbaycan birliyi  Avrasiya üçün önəmli amilə çevrilib" -

“Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.


Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrın 2-də olub. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edib.Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev isə ötən il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olub. Ümumilikdə son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib, münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür ki, Azərbaycan və Qazaxıstan qardaş, eləcə də strateji tərəfdaş ölkələrdir”.

Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər

Səfər çərçivəsində liderlərin mətbuata verilən bəyanatlar barədə danışan Cavid Osmanov qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələri möhkəmləndirmək hazırda qarşıda duran əsas vəzifələrdəndir:

“Bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir. Ölkə başçısı həmçinin bildirdi ki, Transxəzər nəqliyyat dəhlizi artıq reallıqdır və özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür. Transxəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. Bu nəqliyyat marşrutu möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb.

İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin şərəfinə dövlət ziyafəti verilib

Belə ki, hər iki ölkədə dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla irimiqyaslı nəqliyyat layihələri həyata keçirilib. Düşünürəm ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra da yüksələn xəttlə inkişaf edəcəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı