Qatar vuran şəxsin vəziyyəti açıqlandı

Bu gün saat 08:31-də Xırdalan-Biləcəri istiqamətində hərəkətdə olan qatarın vurduğu şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib.

Məlumata görə, 1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) 01.04.2025-ci il tarixində saat 09:00 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Aparılan instrumental müayinələr zamanı pasiyentə alın sümüyünün sınığı, sağtərəfli alının sıyrılmış yarası diaqnozu təyin edilib.

İxtisaslı həkim baxışından sonra vəziyyəti qənaətbəxş hesab edilən pasiyent ambulator müalicə üçün evə buraxılıb.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı