Ölkədə ictimai iaşə dövriyyəsi artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 12,8 % artaraq 294,9 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Məlumata görə, aylıq dövriyyənin 3,297 milyon manatı dövlət, 291,601 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

Özəl sektorda isə dövriyyənin 50,4 %-i hüquqi şəxslərin, 49,6 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 13,1 % artaraq 146,9 milyon manat olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı