Politoloqlar bu sual qarşısında çaşbaş qaldılar: Əlifbanı unutdular – VİDEO

“Düşən pullar” şousunun budəfəki iştirakçıları politoloqlar Sahil İsgəndərov və Nazim Cəfərsoy olub.

Metbuat.az-ın məlumatına görə, verilən suallara həyəcanla cavab verməyə çalışan iştirakçılar maraqlı anlar yaşayıblar.

Əlifba sırasında hərflərin yerləşmə ardıcıllığı ilə bağlı sual onları çətin vəziyyətə salıb.

İştirakçılar hətta oyunun qaydalarına uyğun olaraq əlavə 30 saniyəlik vaxtdan belə istifadə ediblər.

Bu suala cavab isə politoloqlara 87 min 500 manat qazandırıb.

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR