Peskov hiddətləndi: “Rusiya olmadan danışıqlar uğursuz olacaq”

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın “Arqumentı faktı” qəzetinə tənqidi açıqlamalar verib.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Dmitri Peskov Rusiyanın iştirakı olmadan istənilən qlobal sülh sammitinin “uğursuz” olacağını bildirib.

“Rusiyanın iştirakı olmadan Ukrayna problemini həll etmək mümkündürmü?” sualına Peskov “cavab aydındır, mümkün deyil”,- deyə cavab verib. Peskov vurğulayıb ki, Ukrayna Qərbin əlində alətə çevrilib və bu kollektiv Rusiyaya daha çox təzyiq göstərmək və Rusiyanı cilovlamaq məqsədi daşıyır. Kremlin sözçüsü hesab edir ki, Rusiyanı istisna edən sülh danışıqları “uğursuz, absurd və mənasız” olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı