"Fənərbağça" Türkiyə liqasından çıxır? - AÇIQLAMA

"Liqadan çəkilmək deyə bir şey yoxdur".

Metbuat.az bildirir ki, bunu Türkiyə Futbol Federasiyasının fəxri prezidenti Şenes Erzik "Milliyət"ə açıqlamasında deyib. "Fənərbağça" prezidenti Ali Koçun təşkil etdiyi iftara qatılan Erzik bildirib ki, tədbirdə danışanlar prezidentin təklifinə dəstək versə də, liqadan çəkilməməyin tərəfdarıdırlar:

"Qənaətim budur ki, 2 apreldə keçiriləcək növbədənkənar konqresdə hər kəs gələcək və səsvermədə lazımi üstünlük təmin ediləcək. Liqadan çəkilmək deyə bir şey yoxdur, orada çıxış edənlərin hamısı Ali Koça dəstək verdi, amma çəkilməməyin tərəfdarıdırlar. Doğrusu da budur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı