Cəlilabadda ər-arvadın çürümüş meyiti tapıldı

Cəlilabadda ər-arvad evdən ölü tapılıb.

Metbuat.az xəbər verir ki, 1963-cü il təvəllüdlü Şikarov Ağadadaş İxtiyar oğlu və arvadı 1977-ci il təvəllüdlü Şikarova Mehparə Cahangir qızının meyiti Cəlilabad şəhərində yaşadıqları evdə aşkar edilib.

Meyitlərə baxış zamanı meyitlərin çürüməyə məruz qalması, üzərlərində hər hansı xəsarətlərin olmadığı müəyyən edilib.

Hadisə yerinə baxış zamanı isə evə gələn qaz xəttinin açıq vəziyyətdə olması aşkar edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı