Bakı-Supsa kəməri ilə indiyədək nəql edilən neftin həcmi açıqlandı

Bakı-Supsa və ya Qərb İxrac Boru Kəməri (QİBK) istismara veriləndən bu ilin 1 aprel tarixinədək kəmər vasitəsi ilə 100 mln. ton neft nəql olunub.

Metbuat.az bu barədə SOCAR-ın “Facebook” sosial şəbəkəsində etdiyi paylaşıma istinadən xəbər verir.

    “25 il öncə bu gün Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakı-Supsa neft ixrac boru kəməri istifadəyə verilib”, - paylaşımda bildirilir.

    Qeyd edək ki, QİBK başlanğıcını Səngəçal terminalından götürüb, Gürcüstanın Supsa terminalına qədər uzanır. Bu kəmər “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanın qısa müddətdə yaratdığı neft ixracı sisteminin ayrılmaz bir hissəsidir.

    Kəmərin tikintisinə Azərbaycan və Gürcüstan arasında 1996-cı ilin martında imzalanmış Hökumətlərarası Sazişdən sonra başlanıb. İnşaat işləri 1998-ci ilin noyabrında başa çatıb. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib. Aprelin 17-də isə kəmərin rəsmi açılış mərasimi keçirilib

    Kəmərin ümumi uzunluğu 829,6 km-dir (Azərbaycan – 456.4 km; Gürcüstan – 373.2 km), boru xətti dağlarda, hətta 1190 metr yüksəkliyə qalxır. Gəmiyükləmə qabiliyyəti 600 min bareldən 1 mln. barelə qədərdir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı