Maaş və pensiyalarla bağlı sevindirici xəbər

2024-cü ilin ilk rübündə büdcədə 800 milyon manatdan çox qalıq yaranıb.

Metbuat.az bildirir ki, ilin ilk rübündə dövlət büdcəsinin gəlirləri 9,2 milyard manat, xərcləri isə 8,4 milyard manat olub. Büdcədə qalığın yaranması bu məbləğin sosial müavinətlərə yönəldilib-yönəldilməyəcəyi məsələsini gündəmə gətirib.

İqtisad Universitetinin professoru Elşad Məmmədov məsələ ilə bağlı bildirib ki, bununla bağlı olaraq cari ilin büdcəsinə yenidən baxıla və sosial xərclər artırıla bilər.

Milli Məclisin deputatı Vüqar Bayramov isə hazırda da sosial xərclərin proqnozlaşdırılandan 40% çox olduğunu vurğulayıb. Millət vəkili maaş, pensiya, müavinətlərin artırılacağını da istisna etməyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı