DİN-dən vətəndaşlara xəbərdarlıq - VİDEO

Daxili İşlər Nazirliyi vətəndaşlara, o cümlədən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı nazirlik sosial çarx hazırlayıb.

“Kibertəhlükələr gündən-günə artmaqdadır. Vətəndaşlar kütləvi dələduzluğa məruz qalırlar. Hər bir vətəndaş diqqətli olmalıdır.

Yalan vədlərə inanmayın. Zərərçəkməmək üçün çağırışlara biganə yanaşmayın”, - deyə Nazirliyin yayımladığı videoçarxda bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı