Bakı, 6 iyun, AZƏRTAC
2015-ci ilin may ayında daşınmaz əmlakın icbari sığortası üzrə 14 294, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 333, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 12 sığorta müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 2 133 169 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 23 340 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 1 404 manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81,34 faizi yaşayış evləri və mənzillər, 1,1 faizi inzibati binalar, 17,56 faizi isə digər daşınmaz əmlakla bağlı olub.