Livanın “Əl-Cumhuriyyət” qəzeti 20 Yanvar faciəsindən yazır

19:03 19 Yanvar 2015
105 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Livanın “Əl-Cumhuriyyət” qəzetində “Azərbaycan Qara Yanvar xatirəsini yad edir” adlı məqalə dərc olunub.
Azərbaycanın Suriyadakı səfirliyindən AzərTAc-a bildirilib ki, məqalədə sovet qoşunlarının 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinə yeridilməsi, aralarında uşaq, qadın və qocaların da olduğu 150-yə yaxın günahsız dinc insanın qətlə yetirildiyi, bu faciənin törədilməsinə Nobel Mükafatına layiq görülmüş keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov tərəfindən qərar verildiyi bildirilir.
Məqalədə, həmçinin həmin hadisədən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet ordusunun bu hərəkətlərini pislədiyi, Azərbaycan xalqına qarşı bu cinayət hadisəsini törədənlərin cəzalandırılmasını tələb etdiyi vurğulanır.
Bu hadisənin Azərbaycanın müstəqillik yolunda mühüm yer tutduğu qeyd edilir, ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyi, hazırda dünyada özünəməxsus yer tutduğu və bir çox beynəlxalq təşkilatların üzvü olduğu vurğulanır. Həmçinin Azərbaycanın dünya ölkələri, o cümlədən ərəb dövlətləri ilə yüksək səviyyəli əməkdaşlığa malik olduğu bildirilir.
Məqalədə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu faciəyə siyasi-hüquqi qiymət verildiyi də diqqətə çatdırılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Livanin_Al_Cumhuriyyet_qezeti_20_Yanvar_faciesinden_yazir-825875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR