Ərinin birinci arvadını öldürən qadın azadlıqda - FOTO

Prezident İlham Əliyevin dünən imzaladığı Əfv sərəncamı ilə qətl törətməkdə təqsirləndirilən Gülüş Fətəliyeva azadlığa buraxılıb.

Metbuat.az-ın məlumatına görə, G. Fətəliyeva bu gün Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Xatırladaq ki, Gülüş Fətəliyeva 2017-ci ildə həyat yoldaşının birinci arvadını qətlə yetirməkdə təqsirləndirilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilib.
G. Fətəliyeva həbs edilərkən hamilə olub 4 saylı cəzaçəkmə müəssisəsində övlad dünyaya gətirib.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 25-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, ümumilikdə 154 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı